Haqqımızda

Bizim haqqımızda
“OXU” Elm Mərkəzi İslam elmlərinin tədrisi ilə məşğul olan virtual təhsil mərkəzidir.
Mərkəzdə əsasən Qurani-Kərimə aid olan elmlər, Şəriət qanunları, Etiqad, Tarix və Əxlaq dərslərinin tədrisi, eyni zamanda müxtəlif istiqamətli seminar və vebinarların təşkili həyata keçirilir.
Mərkəz öz xidmətlərini istifadəçilərə virtual qaydada təqdim edir. Mərkəzin əsas məqsədi Azərbaycan xalqını dini elmlər sahəsində maarifləndirmək və beləliklə, cəmiyyətin elmi-mənəvi inkişafına kömək etməkdən ibarətdir.
“Oxu” Elm Mərkəz 2020-ci ildən fəaliyyətini davam etdirir.
Mərkəz öz fəaliyyət istiqamətinə uyğun olan hər növ xidməti sizə göstərməyə hazırdır.
Diqqətinizə çatdırırıq ki, sözügedən Mərkəz kişi və qadınlar, eyni zamanda uşaqlar üçün ayrıca tədris proqramını da nəzərdə tutmuşdur və istənilən şəxslər bu proqramda iştirak edə bilərlər.

Scroll to Top