Ramazan ayı (Qədr gecəsi) Quran nazil edən Allahın adı ilə
“Həmd və şükr Bizi bu (gözəl yerə) hidayət etmiş Allaha məxsusdur və əgər Allah bizim bələdçimiz olmasaydı, biz doğru yolu əsla tapmazdıq.” (Əraf 43)
Mövzu: Ramazan dərsləri
- İxlas
Quran ayəsi:
(Hamısı cəzanı dadacaqlar), yalnız Allahın ixlaslı və seçilmiş bəndələrindən başqa. Onlar üçün məlum bir ruzi vardır. (1)
Ramazan ayının bizlərə öyrətdiyi ən mühüm dərslərdən biri ixlasdır. Belə ki, heç kim görməsə belə, heç kim bilməsə belə orucu pozan hər hansı bir işi yerinə yetirməyi zehnimizə belə gətirmirik. Bu, əməlimizi yalnız Uca Allah üçün və xalis niyyətlə görməyimizin göstəricisidir. Bu ixlası ən azından gələn Ramazan ayına kimi qoruyub saxlamalı və bütün digər əməllərimizi də bu rəngə boyamalıyıq. Çünki Allah, riya və özünü insanlara göstərmək naminə edilən əməlləri qəbul etməz.
- Tövbə
Quran ayəsi:
De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur! (2)
Bu ay, rəhmət ayı olduğu kimi həm də məğfirət və bağışlanma ayıdır.
Bu ayda elə bir bəndə tapılmaz ki, Allahın bağışlanmasına şamil olmasın. Əziz peyğəmbərimizin(s) buyurduğuna əsasən: “Bu ayda bağışlanmayan insan ən bədbəxt insandır.” (3) Bir dünya qədər günahımız olsa belə, Allahın bağışlamasının bizim günahlarımızdan daha böyük olmasını bilməliyik. O, bağışlamaqla yanaşı həm də bizə qarşı mehribandır. Onun tövbə qapıları daim bəndələrinin üzünə açıqdır. Allahdan ümidimizi kəsməməli və büdrədiyimiz zaman tövbə və bağışlanma diləməklə Ona tərəf qayıtmalıyıq.
- Günahdan çəkinmək
Quran ayəsi:
De: «Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzini Biz veririk. Və pis işlərə – istər aşkar olsun, ya gizlin (əməli və etiqadi günahlara, yaxud camaatın gördüyü və görmədiyi günahlara) – yaxınlaşmayın…» (4)
Günah bir virusdur ki, insanı daxildən məhv edərək, onu dünya və axirət xəsarətinə düçar edir. Peyğəmbərimizin(s) bu ay üçün olan: ” Dilinizi günahlardan qoruyun, nəzər salınması haram olan şeylərə baxmayın, eşidilməsi haram olan şeylərə qulaq asmayın …” tapşırıqlarını yalnız Ramazan ayı deyil bütün yaşayışımız boyu əməl etməyə çalışmalıyıq.
- Qəflət yuxusundan ayılmaq
Quran ayəsi:
Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar və onlar həmin qafillərdirlər. (6)
Az yemək, az yatmaq və az danışmaq saleh insanların adətidir. Çox yemək, çox yatmaq və gərəksiz yerə çox danışmaq qəflətə səbəbdir. Qəflətə düşmək isə böyük ziyandır. İnsan bu dünyaya gəlmə səbəbini, Allahın onu yaratmaqda hədəfini, bu dünyada Allah və insanların qarşısında olan vəzifələrini bilməli və qəflət yuxusundan ayılmalıdır. Allahın, 124 min peyğəmbərləri (ə) göndərməsi və onların ardınca 12 imam (ə) təyin etməsi barədə düşünməlidir insan. Bunlar hamısı insanın qəflətə düşməməsi üçündür.
- Məsuliyyətli olmaq
Quran ayəsi:
«Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızımı güman edirdiniz» (7)
Bu ayda hamı çalışdı öz vəzifələrini yaxşı tanıyıb onlara düzgün şəkildə riayət etsin. Məsələn orucu batil edən əməlləri, fitrə zəkatın qayda-qanunları, bayram namazı və s. Bu insanların Allah qarşısında daşıdıqları məsuliyyət hissindən irəli gəlir. Ancaq bu gözəl hiss Ramazan ayı ilə yekunlaşmamalı və Allahın bütün vacib buyurduğu əməllərdə məsuliyyətli olmağa çalışmalıyıq. Namaz, xüms, zəkat, yaxşılığa dəvət, pisliklərdən çəkindirmək, Allah düşmənlərinə qarşı nifrət, hicab və s.
هماهنگی سایت آذربایجان مجمع, [14.06.23 22:29]
Bu ayda oruc tutmağın, vacib olma səbəblərindən biri də hər bir təbəqənin bərabərləşməsidir. Ən azından ac və susuz qalmağımız ilə, yetim və kasıbların, yemək tapmadıqları təqdirdə nə çəkdiklərini anlaya bilərik. Kasıbları unutmamalı və sahib olduğumuz hər şeyin Allahdan olduğunu bilməliyik. Qurani-Kərim üç gün ardıcıl olaraq ailəsinin iftar yeməyini yoxsul bir kimsəyə verən imam Әlinin (ə) belə bir xeyirxah və insanpərvər əməlini bu gözəl ifadələrlə vəsf edir:
«Onlar öz iştahaları çəkdiyi, (özləri yemək istədikləri halda) yeməyi yoxsula, yetimə və əsirə yedirdərlər.
[Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər]: Biz sizi ancaq Allah rizasından ötrü yedirtdik. Biz sizdən [bu ehsan müqabilində] nə bir mükafat, nə də bir təşəkkür istəyirik». (16)
Bu qeyd etdiklərim Ramazan ayından ala biləcəyimiz bütün deyil, mühüm dərslərdir.
Allaha olan bəndəlik və məhəbbətimiz bu bir ay ilə məhdudlaşmamalıdır. Bu ay mənəviyyat və bəndəlik ayının başlanğıcıdır.
Allah hər birimizi Özünə yaxşı bəndə olmaqda müvəffəq etsin və bizi növbəti Ramazan ayına qovuşanlardan qərar versin inşallah.
Allah taala bu ay tutduğunuz oruc və ibadətləri qəbul etsin
“Salam olsun doğru yola tabe olan hər bir kəsə!” (Taha 47)
Hörmətlə: Musa Hüseynli
İstifadə edilən mənbələr:
1- Saffat 40-41
2- Zumər 53
3- Şəbaniyyə xütbəsindən
4- Ənam 151
5- Şəbaniyyə xütbəsindən
6- Əraf 179
7- Muminun 115
8- Muzzəmmil 20
9- Ğafir 60
10- Bəqərə 184
11- Tənbihul-Xəvatir, c.1, səh.46
12- Nəhcül Bəlağə,hikmət 333
13- əl-Kafi, c.5, səh.84, hədis 1
14- Fussilət 30
15- Nəhcül- bəlağə; 47-ci məktub
16- İnsan 8-9
هماهنگی سایت آذربایجان مجمع, [14.06.23 22:29]
Bunların hamısı Allahın bizlər üçün qərarlaşdırdığı ilahi hökmlərdir. Hər birimiz bunlara qarşı diqqətli olub və Ramazan ayında orucluqla maraqlandığımız kimi digər ilahi hökmlər ilə də maraqlanmalı, onlara qarşı məsuliyyət hissi daşımalıyıq.
- Quran ilə ünsiyyət
Quran ayəsi:
“Qurandan bacardığınız qədər oxuyun!” (8)
Allah-Taala bu mübarək ayda müqəddəs Qurani-Kərimi əziz İslam peyğəmbəri həzrət Məhəmmədin (Allahın salamı olsun ona və pak əhli-beytinə) nazənin qəlbinə nazil etmişdir. Bəlkə də bu ayın əzəmət və fəzilətinin başlıca səbəblərindən biri budur.
Allah, bizim yaradanımız və bizi özümüzdən daha yaxşı tanıyandır. O, bizim üçün xeyir və ziyan olan hər şeyi bizdən daha yaxşı bilir. Allah-Taala, bilmək və əməl etmək faydamıza olan xeyirləri, həmçinin tərk etməli olduğumuz şər işləri və yaşayışımızda lazım olan müxtəlif qayda-qanunları bu müqəddəs kitab vasitəsi ilə bizə bəyan etmişdir. Gəlin bu gözəl ayda və ondan sonra bu müqəddəs kitab ilə barışaq, dostlaşaq və yaşayışımızı onun üzərində quraq!
- Dua etmək
Quran ayəsi:
Rəbbiniz buyurdu: “Məni çağırın ki, Mən də duanızı qəbul edim.” (9)
Biz insanlar dua etməyə həmişə möhtacıq. Dua peyğəmbərlərin silahıdır. Ramazan ayı, bizlərə ən azı gündə bir dəfə ixlasnan və dünya və axirətimizə faydalı olan şeylər üçün dua etməyi öyrətdi. Dua etməyi və dua oxumağı (məxsusən Məsum İmamlardan (ə) bizə ərməğan qalan duaları oxumağı) unutmayaq.
- Oruc tutmaq
Quran ayəsi:
…Oruc tutmaq (çətin və məşəqqətli olsa da), sizin üçün daha yaxşıdır, əgər bilsəniz! (10)
Oruc tutmaq insanı kamilliyə çatdıran ən mühüm amillərdən biri hesab olunur. Oruc tutduğumuz zaman nəfsin ağlımıza tabe olmasının şahidi oluruq. Bu baxımdan oruc tutmağı yalnız Ramazan ayı ilə məhdudlaşdırmamalıyıq.
- Azyemək
Hədis:
Allahın Peyğəmbəri (s): «Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər.» (11)
İnsanın bir çox cismi və mənəvi xəstəliklərinin qaynağı çox yeməkdir. Ramazan ayı ən azından növbəti Ramazan ayına kimi bu gözəl adəti bizə ərmağan etsə bu aydan ibrət alanlardan hesab olunarıq.
- Az danışmaq
Hədis:
İmam Əli (ə) – möminin vəsfində – buyurur: “Sakit qalmağı çoxdur və vaxtı tamamilə (Allah və axirət işlərinə) sərf olunar.” (12)
Az yeyən və Allahı yad etmək ilə məşğul olan insanın, təbii olaraq danışığı da az olacaq. Çox danışan insanın xətaları da çox olur. Çox danışan insan Allah ilə az danışar. Ramazan ayından öyrənməli olduğumuz ən mühüm dərslərdən biri də sükut olmalıdır.
- Az yatmaq
Hədis:
İmam Əli (ə): «Çox yatmaq din və dünyanın əldən çıxmasına səbəb olur». (13)
Həqiqətən günün 6-7 saatdan artığını yatmaq ilə keçirtmək günü və bu minvalla ömrü tələf etməkdir. Xüsusi ilə xeyir işlərdə bir-birimizlə yarışmaq tövsiyyə olunan bu dünyada. Əlbəttə az yatıb sonra bihudə və nalayiq işlərnən məşğul olmaqdansa elə yatmaq yaxşıdır. Az yatmağın faydası, ibadət və digər faydalı işlərnən daha çox məşğul olmaqdır.
- İstiqamət və çalışma
Quran ayəsi:
Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!» (14)
Bu mübarək ayın bizə öyrətdiyi başqa bir dərs istiqamət oldu. 15-16 saat ac və susuz qalmaq ilə bu ayda hər insan özünə sabit edir ki, möhkəm iradə və istiqamət ilə istənilən zirvələri fəth etmək mümkündür. Hər bir insana öz çalışdığı və zəhmət çəkdiyinin qalmasını unutmayaq.
- Nəzm
Hədis:
“Sizə, bütün övladlarıma, əhli-beytimə və məktubum çatan hər bir kəsə təqvalı olmağı, Allahdan qorxmağı, işlərinizdə nizam-intizamlı olmağı və aranızda ayrılığa səbəb olan ixtilafları həll etməyi vəsiyyət edirəm.” (15)
Nizam-intizamlı olmaq Ramazan ayından ala biləcəyimiz növbəti ibrətlərdən biridir. İmsak və iftar vaxtlarımızı nizamlayıb, onlara uyğun işlərimizi tənzimləməyimiz bu ayın nizam-intizama verdiyi əhəmiyyətin göstəricisidir.
- Yetim və kasıblara qayğı göstərmək və ehsan etmək